Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:02

NYT: ABŞ Ukraynaya müdafiə silahları verməyi nəzərdən keçirir


Ukraynanın Aydar könüllü batalyonu
Ukraynanın Aydar könüllü batalyonu

-

The New York Times yazıb ki, ABŞ administrasiya və ordu rəsmiləri Ukraynanı müdafiə silahları ilə təmin etməyi nəzərdən keçirir. Kiyev hökuməti ölkənin şərqində rusiyapərəst separatçılarla mübarizə aparır.

Qəzet fevralın 1-də yazıb ki, getdikcə daha çox rəsmi "döyüş yardımı göstərilməsi üçün müzakirələrə açıq olduğunu" göstərir. ABŞ dövlət katibi John Kerry, baş qərargah rəisi Martin Dempsey də həmin rəsmilər sırasındadır.

Hələlik Obama administrasiyasının Ukraynana hərbi yardımı qeyri-döyüş avadanlığı – zirehli geyim, gecə eynəkləri, təcili yardım, mühəndislik avadanlığı ilə məhdudlaşıb.

8 ABŞ rəsmisinin hazırladığı müstəqil hesabat fevralın 2-də yayılacaq. Hesabatda təklif olunur ki, Ukraynaya 3 milyard dollarlıq müdafiə silahları – tank əleyhinə raketlər, kəşfiyyat təyyarələri, Humvee texnikası, düşmən raketlərinin və artilleriya atəşinin yerini müəyyənləşdirən radarlar göndərilsin.

Separatçılar Ukraynanın şərqində yeni hücumlara keçiblər. Çoxları düşünür ki, Rusiya onları ağır silahlarla təmin edib.

XS
SM
MD
LG