Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Rusiyanın "vətənə xəyanət"də ittiham etdiyi qadına görə 30 min imza toplanıb


Svetlana Davydova

Svetlana Davydova

-

Vətənə xəyanətdə ittiham olunan 36 yaşlı Svetlana Davydova-ya kömək üçün 30 min imza toplanıb. Xəbəri Ekho Moskvy yayıb.

Petisiya təşkilatçıları Prezident Vladimir Putindən xahiş edəcəklər ki, Davydova-ya qaldırılmış cinayət işi bağlansın və o, "iki aylıq körpəsinin yanına qayıda bilsin".

Rusiyanın uşaq ombudsmanı Pavel Astakhov Ekho Moskvy-yə deyib ki, məhkəməyə müraciət edəcək, Davydova-nın uşaqlarını nəzərə almağı xahiş edəcək.

Davydova yanvarın sonunda Vyazma şəhərində həbsə atılıb. Onun Ukrayna səfirliyinə Rusiya əsgərlərinin hərəkəti barədə məlumat ötürdüyü iddia olunur.

Davydova-nın əri Anatoly Gorlov-un sözlərinə görə, arvadı apreldə Moskvadakı Ukrayna səfirliyinə zəng vurub, deyib ki, evlərinin yaxınlığındakı hərbi baza boşaldılıb və ola bilsin əsgərlər Ukraynaya yerləşdirilib.

Rusiya Ukraynanın şərqində münaqişədə hər hansı rolunu təkzib edir. Kiyev və NATO isə Moskvanın separatçılara yardım etdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG