Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:55

Almaniya və Fransa Ukraynanın şərqində atəşkəsə çağırır


Debaltsevedə Ukrayna hərbçisi
Debaltsevedə Ukrayna hərbçisi

-

Fransa prezidenti Francois Hollande, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroshenko Ukraynanın şərqində "təcili atəşkəsə" çağırıblar. Bəyanat fevralın 1-də verilib, şənbə günü isə sülh danışıqları baş tutmayıb.

Üç lider telefon söhbətində Ukrayna əsərləri ilə rusiyapərəst yaraqlılar arasında son döyüşləri müzakirə ediblər. Onlar Mİnsk danışıqlarının alınmamasından təəssüfləndiklərini bildiriblər. Məlumatı Fransa prezidentinin ofisi yayıb.

Son günlər hökumətin nəzarətində olan Debaltseve şəhərinin içində və ətrafında döyüşlər güclənib. Yaraqlılar Ukrayna əsgərlərini mühasirəyə almağa çalışırlar.

Ukrayna ordusu fevralın 1-də bildirib ki, Debaltseve və münaqişə gedən digər yerlərdə son 24 saat ərzində 13 əsgəri ölüb, 20-si yaralanıb. Azı 17 dinc sakinin öldüyü bildirilir.

Apreldən bəri münaqişədə 5.100 nəfər həlak olub.

XS
SM
MD
LG