Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:18

Honq Konq etirazçıları küçələrə qayıtdılar


Honq Konqda minlərlə etirazçı ötən bazar günü ilk izdihamlı mitinqini keçirib.

Şəhərin dəbdəbəli küçələrindən keçən yürüşü 2000-dək etiraz polisi müşaiyət edib.

Mitinqin təşkilatçıları 13 min etirazçının toplaşacağını gözləsələr də, polis küçələrə 8 min 800 nümayişçinin çıxdığını bildirib.

Ötən ilin sonlarında keçirilən aramsız mitinqlərdə Honq Konq etirazçıları şəhər başçısının demokratik seçki ilə təyin olunmasını tələb edirdilər.

Bu dəfə keçirilən yürüşün iştirakçıları hökumət binalarını mühasiyrəyə almamaq qərarına gəliblər.

Ötənilki nümayişlərə 50 mindən artıq etirazçı qoşulsa da, bu dəfə çoxlarının polis zorakılığından çəkinərək küçələrə çıxmadığı bildirilir.

Nümayişçilərin əllərində müstəmləkə dövrünün Honq Konq və Britaniya bayraqları olub.

2014-cü ilin sonlarında keçirilmiş etiraz aksiyaları zamanı Çin hökuməti Honq Konqda 2017-ci il üçün demokratik seçki keçirməyi vəd edib.

Bununla belə, Honq Konq demokratları Çin parlamentinin təklif etdiyi islahatların əleyhinə çıxırlar.

XS
SM
MD
LG