Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Əl-Cəzirə telekanalının müxbiri azad edildi və Misirdən deportasiya olundu


Əl-Cəzirə jurnalistləri 2014-cü ilin iyununda keçirilmiş məhkəmədə.

Əl-Cəzirə jurnalistləri 2014-cü ilin iyununda keçirilmiş məhkəmədə.

Əl-Cəzirə telekanalının jurnalisti Peter Greste 400 günlük məhbusluqdan sonra bazar günü Qahirə həbsxanasından azad edilib və Misirdən deportasiya olunub.

Ona qarşı terrorçu qruplaşmaya kömək etmək ittihamı irəli sürülmüşdü.

Əl-Cəzirənin onunla eyni vaxtda həbs edilmiş daha iki jurnalisti – Kanadalı Mohamed Fahmy və Misir vətəndaşı Baher Mohamed-in taleyi hələlik qeyri-müəyyən olaraq qalır.

Onların üçü də “yalan məlumatlar verməklə terrorçu qruplaşmaya yardım etmək” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Təhlükəzilik rəsmilərindən biri bildirib ki, Fahmy-nin bir neçə günə Qahirənin Tora həbsxanasından azad ediləcəyi gözlənilir.

Jurnalistin nişanlısı deyib ki, o, azad olunan kimi Kanadaya deportasiya olunacaq.

Bir çox misirlilər Qətərdə mənzillənmiş Əl-Cəzirə kanalının onlarınölkəsində təxribat işi aparmasına inanırlar.

Üç jurnalisti Misirdə “Marriott qrupu” adlandırırdılar, beləki onların redaksiyası Amerika otelində yerləşirdi.

Misir hökuməti Əl-Cəzirəni Qətər tərəfindən dəstəklənən Müsəlman Qardaşlığı təşkilatının ruporu olmaqda ittiham edir.

Misir prezidentiAbdel Fattah al-Sisi Müsəlman Qardaşlığının hökumətini 2013-cü ildə devirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG