Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Ukraynanın şərqində şiddətli döyüşlər davam edir


Ukraynanın şərqində şiddətli döyüşlər ötən bazar günü də davam edib.

Rusiya yönlü separatçılar ağır artilleriyanın dəstəyi ilə Ukrayna hökumət qoşunlarını strateji Debaltseve şəhərindən vurub çıxarmağa çalışırlar.

Ötən şənbə münaqişənin çözülməsinə dair üçtərəfli danışıqlar iflasa uğradıqdan sonra bütün cəbhə xətti boyunca toqquşmalar intensivləşib.

MÜHASİRƏ XƏBƏRİ ZİDDİYƏTLİDİR

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Volodymyr Polyovy son 24 saat ərzində 13 Ukrayna əsgərinin həlak olduğunu bildirib.

Başqa mənbələr daha 13 mülki şəxsin öldürüldüyünü xəbər veriblər.

Separatçıların dəfələrlə elan ediblər ki, Debaltsevonu mühasirəyə alıblar. Lakin Ukrayna tərəfi mühasirə xəbərlərini təkzib edir, Debaltsevo-Artyomovsk yoluna nəzarət etdiyini bildirir.

MİNSK DANIŞIQLARINI SEPARATÇILAR POZUB

ATƏT-in Minsk danışıqlarında iştirak edən nümayəndəliyi deyiblər ki, separatçılar Minsk danışıqlarına hazır olmayıblar.

Təşkilatın bəyantında bildirlir ki, onlar nəinki sülh sazişini, heç atəşkəs razılaşmasını da müzakirə etmək istəməyiblər.

Bəyanatda deyilir ki, əslində qiyamçılar artıq mövcud olan atəşkəs razılaşmasının dəyişdirilməsinə çalışıblar.

ALMANİYA, FRANSA, UKRAYNA

Ukrayna prezidenti Petro Poroshenko Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande-la üçtərəfli telefon söhbətində bildirib ki, Rusiya prezidenti qiyamçıların inadkarlığına təsir göstərməlidir.

Bununla belə, Debaltsevedən olan qaçqınlar Ukraynanın nəzarətində olan Slavyanska gəlməyə başayıblar.

UKRAYNA HADİSƏLƏRİNİ BURADA İZLƏ

XS
SM
MD
LG