Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:39

Rusiya «Qrad»ını vurana 2900, tanka görə 2300 manat ödəniləcək


Ukrayna əsgərləri Donetsk yaxınlığındakı Peski kəndində. 31 yanvar 2015

Ukrayna əsgərləri Donetsk yaxınlığındakı Peski kəndində. 31 yanvar 2015

-
Rusiyameylli yaraqlılara qarşı döyüşən Ukrayna hərbçiləri 2 dəfə artıq məvacib alacaqlar. Bundan başqa, yaraqlıların hərbi texnikasının sıradan çıxarılmasına görə hərbi hissələrə, əsgər və zabitlərə əlavə mükafat veriləcək.

Bu haqda qərar çıxaran Ukrayna nazirlər kabineti onun fevralın 2-dən qüvvəyə minəcəyini bəyan edib.

Baş nazir Arseniy Yatsenyuk deyib ki, hərbi əməliyyatlarda iştirak edənlər hərbi rütbəsindən asılı olmayaraq hər günə əlavə 1000 qriven (təqribən 48 manat) ödəniş alacaq.

Bundan başqa ayrı-ayrı hərbi hissələrə də uğurlu əməliyyatlara görə birdəfəlik mükafatlar ödəniləcək.

“Vəzifəsini uğurla həyata keçirən briqada əlavə olaraq 365 000 qriven (17600 manat), alay 243000 (11700 manat), batalyon 121000 (5800), rota isə 60000 qriven alacaq” – deyə baş nazir Yatsenyuk bildirib və əlavə edib ki, bu məbləğlər minimal əməkhaqqı normalarına uyğun dəyişəcək.

Xəbər verilir ki, məhv edilən hər bir texnikaya görə də mükafatlar ödəniləcək.

“Rusiya terrorçularının hər təyyarəsinə görə 121 min (5800 manat), reaktiv artilleriya qurğusuna görə 60 min (2900 manat), taktiki raket kompleksinə görə 54 min (2600 manat), tanka görə 48 min (2300 manat), top və zirehli maşına görə 42 min (2000 manat), məhv edilmiş səyyar zenit-raket kompleksinə görə isə 30 min qriven (1446 manat) pul ödəniləcək” – deyə Yatsenyuk bildirib.

Əvvələr belə bir qərar layihəsinin prezident Poroshenkonun təşəbbüsü ilə Müdafiə nazirliyi tərəfindən işlənib hazırlandığı xəbər verilmişdi.

Ukraynanın şərqində 8 aydır davam edən müharibədə 5 mindən artıq adam həlak olub, qaçqınların sayı isə milyonlarla ölçülür. Ukrayna hökuməti ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında dəfələrlə atəşkəs razılığı əldə olunsa da, hər dəfə qanlı döyüşlər bərpa olunub.

XS
SM
MD
LG