Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:13
Prezident İlham Əliyev 106 məhbusu əfv edib. Həmin fərmanla azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 90 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub, ömürlük həbs cəzasına məhkum olunan iki nəfərin cəzası 25 illik həbslə əvəzlənib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan 9 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, cərimə cəzasına məhkum edilən iki nəfər cərimədən azad olunub, 3 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Oktyabrın 21-də Ramazan bayramı münasibətilə əfv olunanlar arasında böhtan atmaqda təqsirləndirilərək 1 il azadlıqdan məhrum edilən «Böyük Millət» qəzetinin baş redaktoru Samir Adıgözəlli və şərəf və ləyaqətin təhqir olunmasında ittiham edilərək 1 il həbs cəzası alan «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli də var.


Çoxsaylı müraciətlərə baxmayaraq, narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il azadlıqdan məhrum edilən «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun adı əfv siyahısında yoxdur.


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti oktyabrın 9-da prezident İlham Əliyevlə görüşündə həbs edilən jurnalistlərin əfv oluna biləcəyi ilə bağlı prezidentlə razılıq əldə edildiyini bilmişdi. Mətbuat Şurasının sədri Əflatun Amaşov da həbsdə olan jurnalistlərin əfv edilməsiylə bağlı prezident İlham Əliyevə müraciət etmişdi.



Bundan əvvəl Azərbaycanda sonuncu əfv fərmanı bu il yanvarın 19-da verilib. Dövlət başçısının həmin fərmanı ilə 95 məhbus azadlığa buraxılmışdı.


MƏHKUM EDİLMİŞ BİR SIRA ŞƏXSLƏRİN ƏFV OLUNMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



Günün bütün mövzuları

XS
SM
MD
LG