Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:30

Samuxda yaşayış evi partlayıb



Samuxda yaşayış evində güclü partlayış baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 1-də səhər saat 6 radələrində rayonun Qarayeri qəsəbəsində Rübabə Əliyevaya məxsus həyət evinin qış üçün nəzərdə tutulan köməkçi otağında baş verib.

Partlayış nəticəsində evin gəlini, 1986-cı il təvəllüdlü Ramilə Əliyeva, onun 7 və 5 yaşlı qızları Sona və Gülay yanıq xəsarətləri alıblar.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən R. Əliyeva vəziyyəti ağır olduğundan Bakıda ixtisaslaşmış xəstəxanaların birinə göndərilib.

Uşaqlar isə Gəncədə 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlər uşaqların vəziyyətlərinin orta ağır olduğunu bildirirlər.

Partlayış nəticəsində evin divarları dağılıb, otaqda olan əşyaların bir hissəsi yanaraq yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

XS
SM
MD
LG