Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:20

3 yaşlı uşaq ata-anasını güllələyib


CNN xəbər verir ki, ABŞ-ın New Mexico.ştatında 3 yaşlı oğlan uşağı atasını və hamiləliyin 8-ci ayında olan anasını güllələyib.

Hadisə Albuquerque-dəki oteldə baş verib.

Tapançanı anasının çantasından götürən uşağın atdığı güllə atasını budundan yaralayıb və daha sonra anasının çiyninə dəyib.

Ataya tibbi yardım ediləndən sonra evə buraxılıb, ana isə xəstəxanaya yerləşdirilib. Doğulmamış körpənin vəziyyəti haqda məlumat yoxdur.

Polis bildirib ki, hadisənin valideynlərin ehtiyatsızlığı üzündən baş verdiyi müəyyən edilsə cinayət işi başlana bilər.

XS
SM
MD
LG