Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:09

Ukraynanın şərqinsdəki münaqişəyə dair 4 saatdan çox sürən üçtərəfli danışqılar nəticəsiz başa çatıb.

Danışqılarda Ukraynanı təmsil edən keçmiş prezident Leonid Kuçma deyib ki, danışıqlarda separaçıların ultimatum xarakterli tələbləri atəşkəs sazişinin əldə edilməsinə imkan verməyib.

Rusiya yönlü separatçıların nümayəndələrindən Denis Puşilin isə Kiyevi ultimatumlar verməkdə ittiham edib.

Rusiyanın Ukraynadakı səfiri və ATƏT nümayəndəsinin də qatıldığı əlaqə qrupunun danışqıları şənbə günü Minskdə keçirilirdi.

Bu danışıqıarın başa çatmasından az əvvəl Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande və Rusiya prezidenti Vladimir Putin danışıqlarda ən azı atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiklərini bildirmişdilər.

Ukraynanın özündə isə strateji Debaltseve məntəqəsi ətrafında gedən döyüşlərdə separatçılar hökumət qoşunlarını mühasirəyə salmaq cəhdlərini davam etdiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG