Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:33

İspaniyada solçular izdihamlı mitinq keçirirlər


İspaniyanın paytaxtı Madridin mərkəzi meydanına on minlərlə nümayişinin toplaşdığı xəbər verilir.

İspaniya solçularının Podemos təşkilatı tərəfindən təşkil olunan mitinqin adı “Dəyişiklik üçün Yürüş”-dür.

Müxbirlər xəbər verirlər ki, Yunanıstanda Suriza-nın seçki qələbəsi İspaniya solçularının populyarlığını artırıb.

Son rəy sorğularında liderlik edən Podemos vəd edib ki, hakimiyyətə gələrsə, ölkənin xarici borclarını ləğv etdirəcək.

Son vaxtlar ispanlar hazırkı hakimiyyətə dair korrupsiya iddialarından hiddətləniblər.

İspaniya hökuməti istər Yunanıstanda Surizanın qələbəsi, istərtsə də İspaniyada Podemosun populyarlığının artmasında Rusiya izi gördüyünü bildirir.

Baş nazir Mariano Rajoy ispanları “rus ruleti” oynamaqdan çəkinməyə çağırıb.

Digər siyasi partiyalar Podemosun həmçinin Venesuela hökuməti ilə bağlı olduğunu söyləyirlər.

Xəbər verilir ki, İspaniya hazırda maliyyə böhranından tam çıxıb, lakin hər dörd ispandan biri işsiz olaraq qalır.

XS
SM
MD
LG