Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Minskdə Ukrayna danışıqları başlanıb


Separatçıların nümayəndələri Denis Pushilin və Vladislav Deynego.
Separatçıların nümayəndələri Denis Pushilin və Vladislav Deynego.

Bu gün yerli vaxtla saat 16-da Belarus paytaxtının “Diplomatik Xidmət” mərkəzində Ukraynaya dair üçtərəfli danışıqlar başlanıb.

Minskdəki danışqılarda Ukraynanın keçmiş prezidenti Leonid Kuchma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, ATƏT sədrinin xüsusi nümayəndəsi Heidi Tagliavini, habelə özünü müstəqil elan etmiş separatçı “Donetsk və Luqansk xalq respublikalarının” nümayəndələri Denis Pushilin və Vladislav Deinego iştirak edirlər.

Danışıqlar bağlı qapılar arxasında gedir və onların rəsmi statusa malik olub-olmadığı məlum deyil.

Xəbər verilir ki, üçtərəfli əlaqə qrupu Ukraynaya dair yeni razılaşma əldə edib və onun bu gün, yanvarın 31-də imzalanmasına ümid edir.

Sənəddə konkret hərəkət maddələrinin olduğu bildirilir.

Bunlar - atəşin dərhal dayandırılması və ağır artilleriyanın təmas xəttindən geri çəkilməsidir.

Sazişə həmçinin Donetsk və Luqansk regionlarına humanitar yardım çatdırılması barədə maddə daxil edilib.

Hazırkı danışıqlarda separatçılar öz nümayəndələrinin rəsmi tərəf kimi təsdiq olunmasını tələb ediblər.

Onlar həmçinin Kiyevdən danışıqlara hazırkı hakimiyyətin nümayəndəsinin göndərilməsini istəyirlər.

Onların fikrincə, Leonid Kuchma real hakimiyyəti təmsil etmir.

XS
SM
MD
LG