Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:48

Erdoğan Türkiyənin gələcəyini Britaniya monarxiyası kimi görür


Prezidentin yeni protokolu.
Prezidentin yeni protokolu.

TRT dövlət telekanalına canlı müsahibəsində Erdoğan deyib ki, hətta İngiltərədə də yarı-prezident üsul-idarəsi mövcuddur.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, onun Türkiyədə yaratmaq istədiyi system kraliçanın dövlət başçısı olduğu Britaniya monarxiyasındakı sistemə bənzəməlidir.

Öz əlində daha çox səlahiyyətlər cəmləşdirməyə çalışan Recep Tayyip Erdoğan bir sıra siyasətşünasların fikrincə, özünün “sultanlıq” ambisiyalarını artıq Ankara ətrafında yeni prezident sarayını “yapdırarkən” nümayiş etdirmişdi.

“The Guardian” qəzetinin İstanbul müxbiri Constanze Letsch yazır ki, bu saray böyüklüyünə görə nəinki Bukingem sarayını, hətta Kreml və Ağ Evi də kölgədə qoyub.

Müxbir yazır ki, belə olduğu halda cənab Erdoğan Türkiyənin siyasi sistemini kraliçanın Britaniyasındakı sistemə bənzətmək təşəbbüsünü artıq gizlətmir.

“Elə ABŞ da monarxiyadır”

Məqalədə deyilir ki, Türkiyənin ilk ümumxalq seçkili prezidenti olan Erdoğan fəal bir siyasi fiqur olacağını vəd edib.

Başqa sözlərlə bu o deməkdir ki, Erdoğan bu vaxtadək daha çox mərasim funksiyası daşıyan prezidentiliyi qürdrətli bir təsisata çevirmək əzmindədir.

Ötən həftə Erdoğan öz çıxışlarından birində deyib ki, konstitusiyalı monarxiya olan Britaniyada kraliça dövlət başçısıdır, lakin qanunvericilik işi seçkili parlamentin səlahiyyətindədir.

Türkiyə prezidenti öz ölkəsində belə bir sistem yaratmaq istədiyini bəyan edib.

TRT dövlət telekanalına canlı müsahibəsində Erdoğan deyib ki, hətta İngiltərədə də yarı-prezident üsul-idarəsi mövcuddur.

“Orada hakimiyyət kraliçanın əlindədir” – deyib Türkiyə prezidenti.

Erdoğan ünvanına səslənən tənqidləri də “başqa yerlər də bu gündədir” prinsipi ilə rədd edib.

“Söhbət ABŞ-dan, Braziliyadan, Cənubi Koreya və Meksikadan gedəndə heç kəs demir ki, bunlar da monarxiyadır, - deyib Erdoğan, - Elə ki, Türkiyə buna bənzər bir sistem yaratmaq istəyir, adını monarxiya qoyurlar”.

Demokratiyanın “Qorxulu geriləmə”si

Bu arada insan haqları təşkilatları bildirirlər ki, Türkiyə demokratiya və azadlıqlar sahəsində “qorxulu geriləmə” yaşayır.

Tənqidlərdə deyilir ki, hakim Ədalət və İnkişaf Partiyası media və ədliyyə üzərində birbaşa təsirə malik olmaq siyasəti yürüdür.

Erdoğan sözü gedən çıxışında bildirmişdi ki, Türkiyə “milli iradəni möhkəmləndirmək” üçün mərkəzləşdirilmiş siyasi sistemə malik olmalıdır.

“Hər bir kəs milli iradə ilə ona verilmiş səlahiyyətləri mümkün olan ən yaxşı yolla tətbiq edə bilməlidir, - deyib prezident, - Lakin hazırda mən bunu edə bilmirəm. Hazırda qəbul olunmalı hər bir qərar üçün, hər bir təyinat üçün üç müxtəlif adamdan icazə alınmalıdır. Heç kəs ölkəni bu şəkildə idarə edə bilməz. Məncə bu, bizim parlament sistemimizin ən böyük qüsurudur”.

“The Guardian” yazır ki, son rəy sorğuları türklərin 42 faizinin prezident sistemini bəyənmədiyini göstərib.

Mərkəzində Erdoğan olan sistem

Bu da qeyd edilir ki, əgər hakim partiya Türkiyə parlamentindəki 550 mandatdan 330-nu qazana bilsə, onda onlar konstitusiya dəyişikliyini referenduma çıxara biləcəklər. Bu halda isə hakim partiya niyyətinə çata biləcək.

“Erdoğanın kraliça və ya prezident idarəçiliyi sistemində fəaliyyət göstərən digər inkişaf etmiş ölkələr barəsində əsaslandırmaları absurddur – deyib siyasi təhlilçi Cengiz Aktar, - Lakin ən əhəmiyyətli olanı budur ki, tərəfdarları Erdoğan-a inanacaqlar”.

Bir çoxları narahatdlrar ki, Erdoğan-ın yaratmaq istədiyi sistem Türkiyəni diktatutra üsul-idarəsinə çox yaxınlaşdırmış olacaq.

Cengiz Aktarın fikrincə Erdoğan belə bir sistemin mərkəzində yalnız özünü görür.

“Əgər bu baş verərsə, - deyir təhlilçi, - onun heç bir qərarının hesabatını sormaq mümkün olmayacaq. Bu isə təkcə Türkiyə yox, bütövlükdə region və Avropa üçün pisdir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG