Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:28

-

Ukraynanın şərqində baş verən toqquşmalarda son bir sutkada 15 ukraynalı hərbçi ölüb, 33-ü yaralanıb. Bu haqda Ukrayna ordusu komandanlığının sözçüsü Andrey Lısenko mətbuat konfransında bildirib.

Ukraynanın şərqindəki Debalçevo şəhərinin sutka ərzində atəşə tutulması nəticəsində isə 3 nəfər ölüb, 7-si yaralanıb. Bu haqda Ukrayna daxili işlər Nazirliyi Donetçk vilayət idarəsinin rəisi Vyaçeslav Abroskin məlumat verib.

Son üç gün ərzində Debalçevo və ətraf şəhərlərdən min nəfərə yaxın yerli əhali çıxarılıb.

Ukrayna fövqəladə hallar üzrə dövlət xidməti yanvarın 31-də xəbər verib ki, şəhərdə işıq, su, istilik və rabitə yoxdur. Xilasedicilər mütəmadi regiona humanitar yardım göstərirlər.

Bundan öncə qondarma “Donetsk Xalq Respublikası” separatçıları bildirmişdi ki, Debalçev şəhərində Ukrayna hərbçilərini mühasirəyə alıblar.

Ukrayna tərəfi bu xəbəri təkzib etmişdi. Debalçovla yanaşı Uqleqorsk şəhərində də döyüşlər gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG