Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:57

-

Yanvarın 30-da Bakı Apelyasiya Məhkəməsi həbsdəki AXCP fəalı Murad Ədilovun şikayətini təmin etməyib. Bu haqda vəkil Yalçın İmanov məlumat verib.

Onun sözlərinə görə, şikayət Səbail Rayon Məhkəməsinin qərarından olub:

“Murad Ədilov həbs olunarkən işgəncəyə məruz qalıb. Bu barədə Baş Prokurorluğa müraciət edilsə də, qurum faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Bu qərardan Səbail Rayon Məhkəməsinə şikayət verilmişdi. Lakin məhkəmə şikayəti təmin etmədi. Biz də Bakı Apelyasiya Məhkəməsinə şikayət verdimişk.Şikayət təmin olunmadı”.

Yalçın Imanov bildirir ki, bu işlə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib, külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunur.

Nərimanov rayon Məhkəməsi avqustda onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Noyabrın 6-da həbs müddəti daha 2 ay uzadılıb. Hazırda cinayət işi üzrə məhkəmə prosesi gedir.

Murad Ədilov ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG