Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

.

«Yeni Azərbaycan Partiyası(YAP) parlament seçkilərinə ciddi hazırlaşır. Güman edirəm ki, bu seçki də partiya üçün uğurlu olacaq. YAP-ın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür. Biz seçki kampaniyasına məhz bu meyarla hazırlaşacağıq».

Bunu baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov partiyanın bu il keçiriləcək parlament seçkiləri ilə bağlı planlarını açıqlayarkən deyib.

Apa məlumat verir ki, Əli Əhmədov çıxışında partiya namizədlərin müəyyənləşdirilməsi məsələsinə ciddi yanaşacaq:

«Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir. Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq».

Bu ilin payızında Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Hazırkı parlamentdə təmsil olunan 120 deputatdan 74-ü YAP üzvüdür. Bir çox yerli və beynəlxalq təşkilatlar həmin deputatların əksəriyyətinin saxta seçki yolu ilə seçildiyini iddia edirlər. Rəsmilər bu iddiaları təkzib edir və ölkədə keçirilən seçkiləri demokratik sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG