Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:08

Pakistanda məsciddə öldürülmüş 61 şiə dəfn edilib


Pakistanda 30 yanvar etiraz aksiyası
Pakistanda 30 yanvar etiraz aksiyası

-

Pakistanda minlərlə şiə müsəlmanı məscidə intiharçı hücumunda həlak olmuş 61 nəfərin ölümünə etiraz olaraq yürüşə çıxıb.

Bu hadisə son illərin ən ağır hücumlarından biri sayılır.

Yanvarın 30-da cənubi Sindh vilayətinin Shikarpur rayonunda məsciddə cümə ibadəti zamanı partlayış törədilib. Həmin rayon Pakistanın ən böyük Karaçi şəhərindən 470 kilometr şimalda yerləşir.

Polisin məlumatına görə, intiharçı bədəninə partlayıcıları sarıyıb və özünü düz məscidin ortasında partladıb.

Yanvarın 31-də matəm günü elan olunub. Minlərlə adam dəfnə qatılıb.

Pakistanda son illər məzhəblərarası zorakılıq artıb. Sərt xətt tərəfdarı olan sünni müsəlman qrupları şiə azlığına qarşı hücumlar həyata keçirib.

Dünənki partlayışa görə Jandullah sünni qrupu məsuliyyəti üzərinə götürüb.




XS
SM
MD
LG