Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Merkel Yunanıstanın borcunun azaldılmayacağını deyir


Yunanıstanın maliyyə naziri Yanis Varoufakis

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis

-

Almaniyanın kansleri Angela Merkel deyib ki, Afinanın borcundan azalma olmayacaq. Bir gün öncə Yunanıstanın yeni maliyyə naziri bəyan edib ki, kreditorlar troykasından olan auditorlarla daha əməkdaşlıq etməyəcək.

Yanvarın 30-da Afinada Avrozona rəhbəri Jeroen Dijsselbloem ilə birgə mətbuat konfransı gərgin keçib. Maliyyə naziri Yanis Varoufakis deyib ki, Yunanıstan troykanın auditorları – Avropa Komissiyası, Avropa Mərkəzi Bankı (ECB) və Beynəlxalq Valyuta Fondu (İMF) ilə əməkdaşlıq etməyəcək.

Varoufakis-ın sözlərinə görə, Afina ona borc verənlərlə danışıqlara hazırdır, "çürümüş əsaslar üzərində qurulan komitə" – troyka auditorları ilə yox.

Merkel yanvarın 31-də Hamburger Abendblatt qəzetinə bildirib ki, borcun təxirə salınması nəzərdə tutulmur. "Özəl kreditorlar tərəfindən borcların könüllü bağışlanması baş verib, banklar Yunanıstanın borcundan milyardlar siliblər".

Danışıqlar hələ tamamlanmayıb deyə Yunanıstan hələ də avrzonadan 7.2 milyard dollar kredit alacaq. Varoufakis deyib ki, hökuməti həmin tranşdan imtina edəcək.

Avropa Birliyinin iqtisadiyyat və maliyyə işləri üzrə komissarı Pierre Moscovici deyib ki, Yunanıstanın avrozonadan çıxmaması üçün "hər şey ediləcək".

Günün bütün mövzuları

XS
SM
MD
LG