Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

-

Ukrayna yanvarın 31-də rusiyapərəst yaraqlılarla atəşkəs danışıqlarının baş tutacağına ümid bəsləyir. Yaraqlılar danışıqların alınmayacağı halda Ukraynanın şərqinə hücumu gücləndirəcəklərini deyiblər.

Ötən gün Minskdə danışıqların növbəti raundu baş tutmayıb. Səbəb yaraqlıları kimin təmsil edəcəyi ilə bağlı olub.

Kiyev öz elçisi kimi keçmiş prezident Leonid Kuchma-nı göndərəcəyini deyir.

Kuchma Interfax-Ukraine xəbər agentliyinə deyib ki, ötən sentyabrda imzalanmış Minsk memorandumunu gücləndirən sənədin və Prezidentlər Poroshenko və Putin arasında sülh planının imzalanacağı gözlənir".

Ukrayna prezidenti Petro Poroshenko yanvarın 30-da Almaniya kansleri Angela Merkellə telefon söhbətində "təcili atəşkəsin" vacibliyini vurğulayıb.

ABŞ dövlət departamenti elan edib ki, dövlət katibi John Kerry fevralın 5-də Ukraynaya səfər edərək hökumətə ABŞ-ın dəstəyini göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG