Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

İŞİD-in kimyəvi silah eksperti öldürülüb


İslam Dövləti təşkilatının kimyəvi silahlar üzrə eksperti İraqda ABŞ koalisiyasının raket zərbələri nəticəsində həlak olub.

Abu Malik öz təlimlərində cihadçılara kimyəvi silahlarla davranmağı öyrədirdi.

O İraqdakı əl-Qaedaya, sonra isə İD-ə qoşulmazdan əvvəl keçmiş İraq lideri Saddam Hussein-in kimyəvi silahlar üzrə mühəndisi olub.

Abu Malik-in yanvarın 24-də Mosul yaxınlığında öldürüldüyü xəbər verilib.

ABŞ hərbiyyəsi bildirib ki, onun ölümü İD-in kimyəvi silahlardan istifadə qabiliyyətinə ciddi zərbə olub.

Xəbər verilir ki, döyüş bölgələrində İD-in xlorin qazından istifadə etdiyi barədə məlumatlar yayılıb.

Bu da bildirilir ki, İD artıq kimyəvi silahlardan ibarət iri cəbbəxana yaradıb.

XS
SM
MD
LG