Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:47

Kiyev bildirib ki, ötən cümə Donetsk regionunda heç bir hərbi əməliyyat aparmayıb və şəhəri atəşə tutmayıb.

Separatçılar bildirirlər ki, şəhər Opıtnoye deyilən yerdən atəşə tutulub.

Kiyev bəyan edib ki, bu ərazi neytraldır və separatçıların özləri artilleriya qurğularını bura gətirərək şəhəri atəşə tutur və sonra da geri çəkilirlər.

Ukrayna rəsmiləri Donetskin təxribat məqsədilə atəşə tutulduğunu bildiriblər.

Donetskdə artilleriya bombardmanı nəticəsində 5 dinc sakin həlak olub. Bunlar humanitar yardım üçün növbəyə dayanmış şəxslər idi.

Mərmi Rinat Axmetovun humanitar yardım qərargahının yanında partlayıb.

Bununla yanaşı Matrosov prospektində avtobusa mərmi dəyməsi nəticəsində onun sərnilşinlərindən ikisi həlak olub.

ATƏT nümayəndələri artilleriya mərmilərinin düşdüyü yerləri müayinə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG