Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Məşhur Türk şairinin yeni şeiri tapıldı... Onunmu?


Orxan Vəli ortada, Səbahəddin Eyyuboğlu solda, Sait Faiq sağda

Orxan Vəli ortada, Səbahəddin Eyyuboğlu solda, Sait Faiq sağda

-

Türk poeziyasının nəhəngi Orhan Veli Kanıkın yeni şeiri tapıldı.

"Ölümüm" adlanan və şairin heç bir kitabında yer almamış həmin şeiri "Varlık" ədəbiyyat dərgisi çap edib.

ÖLÜMÜM

O Sabah alnımda iki ter damlası konuşacak
Yorgun olarak öldüğüme dair
Benim Yeni Sabah’ı bir başkasına verecek gazeteci Yusuf
İskele kahvesinde çayım soğuyacak
İlk vapur yolcuları arasında olmadığımın farkında bile olmıyacaklar
Lâz müezzin hakkımda salâ verecek
İmam bildiğini okuyacak
Bozuk düzen makamından
Hiç Çamlıca kuşbaşı kar yağarken ölünür mü diyen
Yarıdan fazlası abdestsiz cemaatim olacak
Ve hepsi de
İyi biliriz diye yalan söyliyecekler
Ertesi sabah Cumhuriyet’te sülâlem sayılacak
Müessif bir irtihal denmiyecek
Ve nihayet
Başı boş hayatım gibi
Başı boş mezarım da taşsız kalacak.

Bu şeir 1958-ci ildə, şairin ölümündən 8 il sonra "Körpü" sənət qəzetində çap olunub.

Ancaq "Milliyet" qəzeti yazır ki, bu xəbərə keçmiş millət vəkili və yazar Kemal Anadolun etirazı var.

Anadol sözügedən şeirin Fahri Erdinç-ə aid olduğunu və onun 1945-ci ildə yayınlanan “Şen Olasın Halep Şehri” adlı kitabında yer aldığını bildirib.

Məqalədə həmin kitabda yer alan "Ölümüm" şeirinin surəti də verilib.

Orhan Veli Kanıkın məzarı

Orhan Veli Kanıkın məzarı

Günün bütün mövzuları

XS
SM
MD
LG