Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:51

Yerində işlədilmiş atmacalar...


-

Bakı Kitab Klubundan iki yeni kitab gəldi:

Lev Tolstoy. Kreyser sonatası (povestlər)

Tolstoy bütün dünyanı rus ədəbiyyatı barədə danışmağa məcbur edən, dünya ədəbiyyatının böyük sənətkarları arasında fəxri yer tutan birinci rus yazıçısıdır.

Kitabda verilmiş üç məşhur povest Tolstoy yaradıcılığında ən çox onu xarakterizə edən cəhətləri: insan hisslərinin insan əməlləri ilə münasibəti, ehtirasların təhlili və s. psixoloji prosesləri, onun qanunlarını, formalarını və insan qəlbinin dialektikasını əks etdirir...

Tərcümə edəni: Rafiq Ağayev

Qulaməli Məmmədli. Atmacalar

Bu kitab, müəllifin uzun illər boyu topladığı – dünyaca məşhur insanların – şair-yazıçı, padşah-rəiyyət, alim-ruhani, aktyor-musiqiçi və başqa məslək sahiblərinin məşhur kəlamları toplusudur.

Bu, adi hikmətli sözlər toplusu deyil, Kitabda məhz elə kəlamlar toplanıb ki, onlar hikmət və müdriklikdən çox, yerində işlədilmiş atmaca xarakterlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG