Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

Kubada Fidel Castronun 1959-cu ildəki inqilabından bəri ilk dəfə olaraq yeni kilsə tikiləcək.

Castro hakimiyyətə gələndən sonra Kubanı ateist ölkə elan etmiş, kilsənin, xüsusən katolik kilsəsinin əmlakı müsadirə edilmiş, minlərlə keşiş ya həbs edilmiş, ya da ölkədən qaçmalı olmuşdu.

Fidel kilsəni devirdiyi Batista rejiminin dayağı sayırdı.

Yalnız 1998-ci ildə Roma papası John Paul-un Kubaya səfərindən sonra ölkədə milad bayramına icazə verilmiş, dindarlara münasibət dəyişməyə başlamışdı.

Ötən ilin dekabrında isə Kubanın hazırkı prezidenti Raul Castro Roma papası Francis-ə ABŞ-la münasbətlərin bərpası və məhbus dəyişmə razılaşmasında vasitəsçilik etdiyi üçün təşəkkürünü bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG