Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:01

Azərbaycandan Avropa Məhkəməsinə şikayətlər azalır


Avropa İnsan Haqları Məhkəməsi, Strasburq, Fransa

Avropa İnsan Haqları Məhkəməsi, Strasburq, Fransa

-

Avropa İnsan Haqları Məhkəməsi ötən il Azərbaycanla bağlı 11 qərar çıxarıb.

Məhkəmə öz illik fəaliyyəti ilə bağlı yaydığı hesabatda bildirir ki, 2014-cü ildə məhkəməyə təxminən 70 minə yaxın şikayət daxil olub. 56.250 müraciət məhkəmə icraatına götürülüb. Hesabatda qeyd edilir ki, 3659 şikayət baxılmadan kənarlaşdırılıb. Bu rəqəm ötən il 1678 olub.

2012-ci ilin sonunda gözləmədə olan 128 min ərizə vardı. 2014-cü ildə isə 70 minə yaxın olub. Yəni şikayətlərin sayı azalıb- təxminən 22%. Məhkəmə tarixində 2013-cü ildən bəri ilk dəfədir ki, belə azalma müşahidə olunur. Məhkəmədə rekord göstərici 2011-ci ildə olub- 160 min şikayət…

Ötən il Avropa Məhkəməsinə göndərilən şikayətlərin çoxu Ukraynadan gəlib. Rəqəmlə desək Ukraynadan 13 min 650 şikayət ərizəsi daxil olub. Bu ümumi şikayətlərin 19.5 faizi deməkdir.

İtaliya 10 min 100 şikayətlə ikinci, Rusiya 10 min şikayətlə üçüncüdür.

Keçən il məhkəməyə daxil olan 70 minə yaxın şikayət əsasında çıxarılan qərarların çoxu Avropa İnsan Haqları Konvensiyasının 6-cı - ədalətli məhkəmə, 5-ci -azadlıq və təhlükəsizlik, və 3-cü -işgəncə, qeyri-insani rəftar və ləyaqəti alçaltma maddələri ilə bağlı olub.

İlqar Məmmədov

İlqar Məmmədov

Ötən il Azərbaycandan daxil olan şikayətlərdən 403-ü məhkəmə icraatına götürülüb. 11 iş üzrə məhkəmə qərarı çıxarılıb. 245-i qəbuledilməz hesab olunaraq icraatdan çıxarılıb, 117 iş üzrə Azərbaycan hökuməti ilə danışıqlar aparılıb.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsinin qərar çıxardığı işlər arasında REAL sədri İlqar Məmmədov, jurnalist Qənimət Zahid, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov, İslam İttihad Assosiasiyasının da işləri var.

Ümumilikdə Avropa İnsan Haqları Məhkəməsinin tarixində Azərbaycanla bağlı 87 qərar çıxarılıb. Bu müddətdə məhkəməyə edilən şikayətlər mülkiyyət hüquqları, azadlıq və s. ilə bağlıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG