Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:49

Jurnalistləri Müdafiə Komitəsi rəsmi Bakını mətbuata təzyiqləri dayandırmağa çağırıb


Foto arxiv

Foto arxiv

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata qarşı təzyiq və təqiblərə son qoymağa çağırıb.

Komitənin bəyanatında “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsi və jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılması pislənilir.

Təşkilat Azərbaycan hakimiyyətini tənqidlərə görə repressiyalara son qoymağa, Seymur Həzi, Xədicə İsmayıl və həbsdə olan digər jurnalistləri azad etməyə çağırıb.

Abşeron Rayon Məhkəməsi yanvarın 30-da jurnalist Seymir Həzini 5 il azadlıqdan məhrum edib.

O, xuliqanlıqda ittiham olunur.

Seymur Həzi Azadlıq qəzeti və Azərbaycan saatı proqramının əməkdaşı, AXCP üzvüdür.

Yanvarın 27-də isə Səbayel Rayon Məhkəməsi jurnalist Xədicə İsmayılın həbs müddətini 2 ay uzadıb.

O ötən il dekabrın 5-də həbs olunub. Başqasını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

Rəsmilər isə onun konkret şikayət əsasında saxlandığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG