Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM), hərbi ekspert Üzeyir Cəfərovun şikayəti üzrə qərar çıxarıb.

Qurumun saytında yayılan məlumata görə, AİHM “Cəfərov Azərbaycana qarşı” işində Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması) maddəsinin pozulduğu qənaətinə gəlib.

Üzeyir Cəfərov 2007-ci ildə bağlanan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin əməkdaşı olub.

AzadlıqRadiosu qərarın detallarına aydınlıq gətirmək üçün Üzeyir Cəfərovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik

- Bu qərar nə dərəcədə gözlənilə idi?

- Əslinə mən bunu ötən ildən, AİHM-lə Azərbaycan hökuməti arasında kommunikasıya başa çatandan sonra gözləyirdim. Düşünürdüm ki, nəhayət ki, Azərbaycanda bərpa edə bilmədiyim haqq-ədaləti Avropa məhkəməsi bərpa edəcək. Dünən elan olumuş qərara həm razıyam, həm də narazı. Razıyam ona görə ki, bir qədər mənəvi rahatlıq tapdım. Yəqin ki, rəsmilər mənə suiqəsd təşkil edənlərin məsuliyyətə cəlb olunması ilə bağlı addım atacaqlar. Pis tərəfi odur ki, “Cəfərov Azərbaycana qarşı” termini mənə ağır gəlir. Bu Avropa Məhkəməsinin standartıdır. Heç vaxt istəməzdim ki, Azərbaycana qarşı olum. Ama Azərbaycana qarşı məsuliyyətsiz olmaqda hüquq-mühafizə orqanlarını günahlandırıram. Mən haqqımı burada tapsa idim, Avropa Məhkəməsinə şikayət etməzdim.

- Bir az keçimişə qayıdaq. Sizin şikayət konkret nədən ibarət olub?

Üzeyir Cəfərova hücumdan sonra (Foto Turan 2007)

Üzeyir Cəfərova hücumdan sonra (Foto Turan 2007)

- 2004-cü ildə hərbidən təxris olunandan sonra orduda baş verənlərlə bağlı tənqidi yazılar yazmağa başladım. Daha sonra “Gündəlik Azərbaycan” qəzetində redaktor kimi çalışmağa başladım. Bütün bunlar bəzi məmurlarda qıcıq yaradırdı və hər fürsətdə məndən intiqam almağa çalışırdılar. 2007-ci ildə qəzetin baş redaktoru Eynulla Fətullayevi həbs etdilər. Elə, həmin gün axşam işdən çıxıb, maşına əyləşmək istəyəndə iki nəfər arxadan başımdan vurudu. Onların əlində bıçaq da var idi və məni bıçaqlamaq istəyirdilər. Mən qışqırdım və iş yoldaşlarım köməyə gəldi. Həmin adamlar qaçıb getmişdi. Mən tanımışdım onları. Onlar indi yuxarı vəzifələrdə çalışırlar. Mən 7 gün ölümlə mübarizə apardım və sonunda ayağa qalxa bildim. Bu suqəsdi təşkil edənlərin cəzalandırılmasına çalışacağam.

- Sizə görə Azərbaycan hakimiyyəti nə qədər cərimələnib, alacağınız məbləğ nə qədərdir? Ümumiyyətlə, həm bu məbləğ, həm də çıxarılan qərar sizi qane dirmi?

Qətiyyən istəmərəm ki, mənim Avropa Məhkəməsinə yalnız maddi maraqla bağlı şikayət etdiyimi düşünsünlər. Ancaq, bu qaydadır. Şikayət ərizəsi ilə müraciət edən şəxs mənəvi təzminat da istəyir

- Qətiyyən istəmərəm ki, mənim Avropa Məhkəməsinə yalnız maddi maraqla bağlı şikayət etdiyimi düşünsünlər. Ancaq, bu qaydadır. Şikayət ərizəsi ilə müraciət edən şəxs mənəvi təzminat da istəyir. Qərara əsasən 10 min avro mənə ödənilməlidir, 4 min 4 yüz dollar da vəkillərə. Bununla bitmir. Azərbaycan hökumətindən ənə qarşı suiqəsdə iştirak edənlərin tapılıb cəzalandırılması tələbi də qoyulub.

- Azərbaycanda çoxları məhkəmələrin ədalətsizliyindən şikayət edir və son ümid yeri kimi Avropa Məhkəməsini görürlər. Burada isə mərhələ keçmək üçün xeyli vaxt lazım gəlir. Sizin proses nə qədər çəkdi. Yəni, şikayət etməyə dəyərmi?

- Proses uzun və yorucudur. 2007-ci ildə baş verən hadisəyə 2011-ci ildə baxılmağa başladı. Mən onları da qınamıram. Lakin, bir təskinliyim var ki, artıq mənə suiqəst edənlər öz vəzifələrində rahat otura bilməyəcəklər. Ümid edirəm ki, gec də olsa onlar öz cəzalarını alacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG