Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:41

İŞİD-lə döyüşdə kürdlərin komandanı öldürülüb


Kürd təhlükəsizlik qüvvələri Kərkükdə.

Kürd təhlükəsizlik qüvvələri Kərkükdə.

İslam Dövləti adlanan təşkilatın döyüşçüləri ilə Kərkük əyalətində davam edən ağır döyüşlərdə kürdlərin komandanı – briqada generalı Şirko Rauf həlak olub.

Xəbər verilir ki, Kərkük şəhərinin şimal hissəsi üzərinə İŞİD-in həmləsi cümə günü gecəyarı başlanıb.

Bu döyüşlərdə Şirko Raufdan başqa daha beş peşmərgə döyüşçüsü öldürülüb və 46 döyüşçü yaralanıb.

Kərkük əyalətinin təhlükəsizlik xidməti bölgədə kommendant saatı elan edib.

İndi döyüşlərin getdiyi ərazi az əvvəl İŞİD-in nəzarətində idi, lakin son günlərdə ABŞ-ın intensiv hava zərbələri ilə dəstəklənən kürdlər bir sıra mühüm məntəqələri geri alıblar.

Xəbər verilir ki, son döyüşlərin nəticəsi olaraq İraqın şimalındakı kürd muxtariyyətinin sərhədləri genişlənə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG