Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 18:15

İstirahət günlərində Minskdə Ukrayna böhranı ilə bağlı əlaqə qrupunun toplantısı baş tuta bilər.

Bu barədə Ukraynanın xarici işlər nazirliyi məlumat yayıb.

Amma nazirlik görüşdə müzakirə olunacaq sənədlərin hələlik razılaşdırılmadığını bildirir.

Söhbət bundan əvvəl ağır silahların təmas xəttindən geri çıxardılması ilə bağlı bundan əvvəl əldə edilmiş razılaşmanın yerinə yetirilməsindən gedir.

Hazırda Ukraynanın şərqində ağır döyüşlər getdiyi xəbər verilir.

Separatçılar bundan əvvəl Donetsk yaxınlığında Ukrayna əsgərlərinin mühasirəyə alındığını xəbər vermişdilər.

Ukrayna tərəfi hələlik məlumata münasibət bildirməyib, amma ağır döyüşlər getdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG