Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:46

Akademik Milli Dram Teatrına «Keçmişdən zəng» gəldi...


.

Keçmişdən zəng tamaşasının posteri

Keçmişdən zəng tamaşasının posteri

Akademik Milli Dram Teatrında Ukrayna yazarı Anatoli Krımın eyniadlı pyesi əsasında gənc rejissor ƏR-Toğrulun quruluşunda hazırlanmış «Keçmişdən zəng» tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Janrı «birhissəli tragikomik virtual oyun» kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin çoxu gənclərdir.

Quruluşçu rəssam Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayıov, işıq üzrə rəssam Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır.

Səhnə əsərində rolları Əməkdar artist Sevinc Əliyeva (Qadın), aktyorlar Rəşad Bəxtiyarov (Eynəkli) və Elnar Qarayev (Kişi) ifa edirlər.

Tamaşanın qısa süjeti belədir:

Eynəkli haker 15 il əvvəl onu aldadan arvadı və dostundan aldığı mənəvi zərbədən sarsılır. O, bu sarsıntıdan qurtarmaq üçün «keçmişdən zəng» adlı virtual oyun qurur və dostu ilə arvadını da bu oyuna iştirakçı edir.

Oyun vasitəsilə Eynəkli mənəvi əzabdan qurtulur...

Oyunun sonunda o, köhnə həyatından qalan bütün xatirələri silir və yeni həyata başlayır.

Yanvarın 30-da göstəriləcək tamaşanın xronometrajı 75 dəqiqədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG