Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:32

«Qala» mühafizəçiləri: «Pulumuzun qaytarılmasını istəyirik»


Narazı mühafizəçilər
Narazı mühafizəçilər

.

«Azər Mühafizə» MMC və «Qala BTX» MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri həbs olunub.

Bu haqda Daxili işlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin şəxslər ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Məlumata görə, şirkətlərinin direktoru Vüqar Hüseynov, vəzifəli şəxslər Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Bildirilir ki, dəstə üzvləri Bakıda, digər şəhər və rayonlarda vətəndaşlara qarşı dələduzluq ediblər. Vüqar Hüseynov 4 vəzifəli şəxs haqqında həbs qətimkan tədbiri seçilib.

BEŞ NƏFƏR HƏBS OLUNUB

Yanvarın 19-u və 21-də adı çəkilən şirkətlərin bir qrup əməkdaşı Prezident Adminstrasiyası qarşısında etiraz aksiyası keçirmişdi.

Onlar xidmətin rəhbərliyi tərəfindən aldadıldıqlarını bildirirdilər. Aksiyaçılar bildirib ki, bir neçə ay öncə fəaliyyətə başlayan xidmətdə işə düzəlmək üçün depozit adı ilə onlardan 2-3 min manat arası pul alınıb.

Bir müddət öncə xidmətin bağlandığı elan olunub. Əməkdaşlar həm depozit üçün verdikləri pulu, həm də bir neçə ay toplanıb qalmış maaşlarını tələb etsələr də rəhbərlikdən onlara ödənəcək pulun olmadığını bildiriblər.

Xidmət əməkdaşları onları aldadan vəzifəli şəxslərin həbsini təqdir etsələr də, onlara çatacaq pulların taleyindən narahatdılar.

«Qala –BTX»-nin əməkdaşı Vasif Rəhmanov deyir ki, şikayətlərində onları aldadadanların həbsini yox, pullarının geri qaytarılmasını istəmişdilər:

«BİZİ ALDADANLAR YUXARILARLA ƏLBİRDİLƏR»

«Etiraz aksiyalarından sonra bizi prokurorluğa dəvət etdilər. Biz bildirdik ki, əgər onlar həbs olunsa, biz öz pullarımızı ala bilməyəcəyik. Onların həbs olunub-olunmaması bizi elə də maraqlandırmır. Bu şirkətlərdə 10 mini nəfərə yaxın əməkdaş işləyirdi. Onların verilməyən son 3 aylıq maaşı üç milyon manatdan artıq edir. Üstəgəl də depozitlər. Adam vardı ki, 100 min manatdan çox depozit qoymuşdu. Mən özüm 2 min 2 yüz manat qoymuşdum. Hesab edirik, bizi aldadanların yuxarılarla işbirliyi var. Belə oyunlar qurub vaxt udmaq istəyirlər. Əvvəl etiraz edənlər çox idi. İndi, getdikcə onlar da azalır. Bir müddət sonra heç kim səsini çıxara bilməyəcək».

DİN bildirir ki, vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi üçün təqsirləndirilən şəxslərin daşınmaz əmlakı, avtonəqliyyat vasitələri və qiymətli əşyalarına həbs qoyulması ilə bağlı tədbirlər həyata keçirilir.

Narazı əməkdaşlar isi həmin əmlaklar satışa çıxarılsa belə, onlara olan borcun çox az hissəsini ödəyə biləcəyini bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG