Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

TANAP layihəsinə Türkmənistan da dəvət olunub


Ilham Aliyev və Tayyip Erdogan

Ilham Aliyev və Tayyip Erdogan

Türkiyə və Azərbaycan Türkmənistanı Transanadolu qaz kəməri layihəsinə qoşulmağa çağırıb.

Bunu yanvarın 29-da Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu bildirib.

O, Türkmənistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib ki, görüşdə energetika, xüsusilə də qaz sahəsində əməkdaşlıq məsələləri müakirə olunub.

Tərəflər Xəzəryanı regiondan Avropaya qaz nəqlini müzakirə ediblər ki, bu da Avropaya qaz nəqlinin şaxələndirilməsinə səbəb olacaq.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyə ilə Azərbaycan Türkmənistanı TANAP qaz kəmərinin tikintisinə qoşulmağa çağırıb.

O qeyd edib ki, artıq kəmərin inşası üçün zəruri sənədlər hazırlanıb və tezliklə tenderlər elan ediləcək.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Türkmənistanın bu layihəyə maraq göstərdiyini deyib.

TANAP və TAPlayihələrində 2019-cu ilədək Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya qaz kəməri sisteminin inşası nəzərdə tutur.

Bu kəmərlərlə il ərzində Türkiyəyə 6, Avropaya isə 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Gələcəkdə qaz kəmərinin gücünü 32 milyard kubmetrə qaldırmaq nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG