Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:58

Separatçılar Ukrayna əsgərlərinin mühasirəyə düşdüyünü deyirlər


Foto arxiv

Foto arxiv

Rusiyapərəst separatçılar Ukrayna ordusunun Donetsk yaxınlığında mühasirəyə alındığını deyirlər.

Separatçılar bəyan edib ki, Ukrayna əsgərləri təslim olmalıdır və əks halda onları ölüm təhlükəsi gözləyir.

RİA Novosti separatçıların lideri Aleksandr Zakharchenkoya istinadla xəbər verir ki, separaçılar Debaltseve şəhəri ətrafında ukrayna birləşmələrini mühasirəyə alıblar.

Zakharchenko yanvarın 30-da bildirib ki, əgər Ukrayna əsgərləri təslim olsalar onların təhlükəsialiyinə təminat veriləcək.

O yanvarın 23-də bildirmişdi ki, separatçılar Donetsk əyalətinin sərhədlərinə nəzarəti tam bərpa edəcəklər.

Həmçinin Ukrayna hərbçiləriyanvarın 30-da bölgədə ağır döyüşlər getdiyini xəbər verirlər.

Amma Ukrayna ordusu hələlik separatçıların son bəyanatına münasibət bildirməyib.

Ukrayna ordusu son 24 saat ərzində 5 nəfər itki verib, 23 əsgər isə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG