Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:38

-

Rusiyanın xarici işlər nazirliyi bildirir ki, daha 4 ABŞ vətəndaşını qara siyahıya salıb. Moskva bununla Vaşinqtonun insan haqları pozuntularında şübhəli bilinən daha çox rusiyalıya sanksiya qoymaq qərarına cavab verib.

Rusiya sanksiyaları yanvarın 29-da elan edib. Ötən ay ABŞ 4 rusiyalıya viza qadağası qoyub və hesablarını dondurub. ABŞ bu addımı Maqnitsky Aktı çərçivəsində atıb. Həmin qanunun məqsədi Vaşinqtonun insan haqları pozuntularında şübhəli saydığı şəxsləri cəzalandırmaqdır.

Rusiya bildirir ki, ABŞ Ədliyyə Departamentinin sanksiya qoyulan 4 əməkdaşının ABŞ-da fırıldaqda ittiham olunan rusiyalı Roman Seleznyov-un ötən ilin iyulunda Maldiv adalarında həbsində rolu olub.

Rusiya öncəki Magnitsky sanksiyalarına birəbir cavab verib. Bu qanun 2009-cu ildə Moskvada həbsdə ölmüş vəkil Sergei Magnitsky-nin adıyla bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG