Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

Gürcüstan deyir ki, Cənubi Osetiya da anneksiya oluna bilər


2008-ci ildə Rusiya ilə müharibədə öldürülən Gürcüstan əsgərləinə abidə

2008-ci ildə Rusiya ilə müharibədə öldürülən Gürcüstan əsgərləinə abidə

-

Rusiya Gürcüstanın Cənubi Osetiya regionunu Ukraynanın Krım yarımadası kimi anneksiya edə bilər. Bu xəbərdarlığı Gürcüstanın xarici işlər naziri Tamar Beruchashvili edib.

Beruchashvili Vaşinqtonda AzadlıqRadiosuna müsahibə verib, deyib ki, "növbəti addım Cənubi Osetiyadı; Krıma oxşar ssenarinin təkrarlana biləcəyi və Cənubi Osetiyanın anneksiya oluna biləcəyinə dair siqnallar var".

Onun sözlərinə görə, Cənubi Osetiya da Krımın martda etdiyi kimi referendum keçirə və göstərə bilər ki, yerli əhali Rusiyaya qoşulmaq istəyir.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Cənubi Osetiyanın de fakto lideri Leonid Tibilov deyib ki, gələn aylarda Rusiya ilə Cənubi Osetiya münasibətlərin gücləndirilməsi üzrə pakt imzalayacaqlar.

Beruchashvili-nin sözlərinə görə, Gürcüstanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələrində 11 min 500 Rusiya əsgəri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG