Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

Fransa polisi “Terrorçular haqlıdı” deyən 8 yaşlı uşağı dindirir


Fransada terroru pisləyən "Mən Şarliyəm" aksiyası

Fransada terroru pisləyən "Mən Şarliyəm" aksiyası

-

Bu hadisə Fransada mübahisələrə yol açıb. Xüsusən də sosial şəbəkələrdə.

Polis “Charlie Hebdo” satirik jurnalına hücum edən terrorçulara haqq qazandırmış 8 yaşlı uşağı sorğu-sual edib.

Əhməd adlı həmin uşağın əvvəl məktəbdə, sonra isə məktəbin həyətində dediyi sözləri müəllimlər polisə xəbər veriblər.

Təhsil naziri Najat Vallaud-Belkacem müəllimlərə haqq qazandırıb.

Fransadakı İslam təşkilatları isə bunu terror hücumlarından sonra Fransada yaşanan “kollektiv isteriya” və İslamofobiya ovqatının göstəricisi sayırlar.

Əhməd yanvarın 8-də, yəni terrorçuların Parisdə 17 nəfəri öldürməsindən bir gün sonra Fransa boyu təşkil edilən 2 dəqiqəlik sükut aksiyasında iştirak etmək istəməyib.

Əfqanıstanda "Şarli Hebdo" jurnalında Məhəmməd peyğəmbərin karikaturasının çapına qarşı aksiya, 19 yanvar, 2015

Əfqanıstanda "Şarli Hebdo" jurnalında Məhəmməd peyğəmbərin karikaturasının çapına qarşı aksiya, 19 yanvar, 2015

Məlumata görə, “Məş Şarli deyiləm. Mən terrorçuların tərəfindəyəm. Müsəlmanlar haqlıdırlar. Jurnalistlər ölməliydi” deyib.

Bundan sonra o, atası ilə birlikdə yaşadıqları Nice şəhərinin polis idarəsinə çağrılıb.

Uşaq yarım saat sorğu-sual edilib.

Daha sonra ona imkan verilib ki, atası sorğu-sual edildiyi müddətdə oyuncaqlarla oynasın.

Dindirilmə zamanı məlum olub ki, Əhməd terrorçu sözünün mənasını bilmir.

Atası oğlunun dediyi bildirilən fikirləri pisləyib. Amma həm də Əhmədin sorğu-sual edilməsindən yuxarı instansiyalara şikayət edib.

“Uşağı sorğu-suala çəkmək ağılsız bir işdir. Bütün hədləri aşmaqdır. Onlar nə dediyini ağlı kəsməyən uşağın sözlərini ciddi qəbul ediblər” – deyə ailənin vəkili Sefen Guez Guez bildirib.

Polis isə sorğu-sualın qeyri-rəsmi xarakter daşıdığını, uşağın məktəbdəki davranışı ilə bağlı əvvəllər də problemlər olduğunu deyib.

Vəkil bildirir ki, terrorçular haqda dediklərindən sonra uşaq məktəb direktorunun zorakı davranışı ilə üzləşib.

Təhsil Nazirliyisə bu ittihamı rədd edir və uşağın atasının məktəbin müəllimləri ilə kobud davrandığını bildirir…

Günün bütün mövzuları

XS
SM
MD
LG