Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:16

Nəticəli, nəticəsiz şikayətlər...


.

Elşad Məmmədov şikayətçilərdən biridir. Qazaxdan olan iş adamıdır. Dediyinə görə «Avesta» şirkətindən 355 min manata 2 mənzil alıb. Ancaq indi nə mənzilini, nə də pulunu geri ala bilib.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış:

Azərbaycan vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var...

“Azərbaycan vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.”

“Daxili İşlər nazirliyi, Baş prokurorluq, korrupsiyaya qarşı mübarizə idarəsi susur. Məhkəmələr də ki sifariş yerinə yetirir.”

Elşad Məmmədov bildirir ki, üz tutmadığı dövlət qurumu qalmayıb – Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyası... Biznesmen şikayətinə diqqət çəkmək üçün vaxtilə ağzını datikib, aclıq aksiyası da keçirib,

Prezident Administrasiyası önündə də etirazını ifadə edib... Ancaq dərdinə əlac tapılmayıb. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış:

“Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslər vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Zəruri hallarda vətəndaşlar dərhal qəbul etməlidir.”

BAXILMAYAN ŞİKAYƏTLƏR

Bəs problemlərini eşitdirmək üçün Azərbaycan vətəndaşları hansı şikayət növlərinə əl atır? Fərdi və ya kollektiv şəkildə dövlət qurumları qarşısında şikayətləri dilə gətirmək, bölgələrdə dövlət rəsmilərinin qəbulu zamanı şikayət, məhkəmələrə, media qurumlarına şikayət, rəsmilərə məktub və ya online formada şikayət… Siyahını uzatmaq da olar.

Osman Kazımov (Foto: Glennmcmahon470.com)

Osman Kazımov (Foto: Glennmcmahon470.com)

Hüquqşünas Osman Kazımov belə şikayətlərin effektiv olmadığını deyir. Hüquqşünas hesab edir ki, fərdidən kollektiv şikayət daha səmərəlidir: “Kültəvi müraciətlər olan zaman vəzifəli şəxslərin canına istilik düşür. O zaman nəsə edirlər. Digərlərinin səsi heç eşidilmir. Dövlət idarələrində tanışı, qohumu olanların şikayətləri diqqətə alınır, nəsə yardım göstəyirlir. Ya da ki, adam öz şikayətindən əl çəkmir, uzun müddət arxasınca gedir. O zaman nəsə əldə edə bilir. Ümumi götürsək, indiyə qədər effektiv olan şikayət növü görməmişəm.”

Hüquqşünas bildirir ki, vəzifəli şəxslər öz məlusiyyətlərini, qanunun aliliyini dərk etmirlər. Buna görə də öz işlərini lazımınca görmürlər.

DÖVLƏTƏ ŞİKAYƏT, DÖVLƏTDƏN ŞİKAYƏT

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış:

“Qanunlarda nəzərdə tutulan hallar istisna olmaqla müraciətə başqa müddət nəzərdə tutulmayıbsa 1 ay, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.”

“Vətəndaşlar təkcə dövlət qurumlarına, idarələrə və təşkilatlara deyil, elə həmin qurumların özlərindən də şikayət edirlər”.

4 ildir AzadlıqRadiosunun Qaynar Xətt verilişində şikayətləri dinləyən Esmira Cavadova belə deyir.

Jurnalsit bildirir ki, müraciət edənlər əsasən dövlət qurumlarının hərəkətsizliyindən şikayətçidir. Şikayətlərin çoxu isə ünvanlı sosial yardım ala bilməmək, mülkiyyət hüquqlarının pozulmasındandır:

Arxiv fotosu

Arxiv fotosu

“Şikayətçi gəlib deyir ki, problem ilə bağlı dəfələrlə prezident.az saytı ilə prezidentə yolalyıb. Ancaq nəticəsi olmayıb.Və ya, hansısa cinayət işi ilə bağlı aparılan istintaqdan şikayətçi olan birisi baş prokurorun qəbuluna qədər gedib çıxıb. Ancaq müsbət nəticə əldə edə bilməyib. Bir qismi deyir ki, telekanallara gediblər, ancaq qapıdan içəri buraxmayıblar. Bu siyahını uzatmaq olar”

Esmira Cavadova bildirir ki, şikayət ediklərinə görə tənqid edilənlər də olub.

SƏN NƏ KARƏSƏN Kİ…

Məsələn Saatlı sakini Amaliya Əliyeva kimi. Amaliya Əliyeva deyir ki, ötən ilin sentyabrında rayondakı poçt şöbəsinə teleqramı ölkə başçısına yollamaq üçün təqdim edib. Qəbz alıb evə yenicə dönüb ki, qapıda yerli icra nümayəndəliyinin və icra hakimiyyətinin işçiləri peyda olub:

Saatlı rayonunun girişi

Saatlı rayonunun girişi

“Teleqramı yollamağımdan heç yarım saat keçməmişdi. Evimin qapısından təzə girmişdim ki, gəldilər. Dedilər sən nə karəsən ki, başçı dura-dura ölkə rəhbərinə şikayət edirsən. Anladım ki, rayondan göndərilən şikayət teleqramları, məktubları göndərilən ünvana yox, başçıya gedirmiş. Məni xəbərdarlıq etdilər ki, bir də belə şey etməyim. Mən də dinc dayanmadım, sabahı gün ölkə başçısına şikayətimi başqa rayonun poçtundan yolladım”.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanununda isə deyilir:

“Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermə, ərizə ilə müraciət etmə, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət etməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.”

Hüquqşünas Osman Kazımov bildirir ki, vəzifəli şəxslərin hərəkətsizilindən şikayət vermək olar. Bu zaman məhkəmə hər hansı qərar çıxarıb onların üstünə vəzifə və ya borc qoya bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG