Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

Azərbaycanda yalancı mühavizə şirkətlərinin əməkdaşları həbs edilib


"Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırmalar nəticəsində bəlli olub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov və Fariz Babayev mütəşəkkil dəstə yaradaraq 2013-2014-cü illərdə mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşlardan pul alıb, sonra isə həmin vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq xeyli vəsait mənimsəyiblər.

Beləliklə də, həmin şəxslər Bakı və respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, Vüqar Hüseynov, Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov və Fariz Babayevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır, cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılıb.

Qeyd edək ki, aldadılmış vətəndaşlar bu günlərdə prezident aparatının qarşısında etiraz aksiyası keçirmişdilər.

XS
SM
MD
LG