Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

Ukraynanın şərqində döyüşlər başlayıb


Foto arxiv
Foto arxiv

Ukrayna antiterror əməliyyatları mərkəzinin məlumatına görə rusiyapərəst separatçılar Donetsk vilayətinin Uqleqorsk rayonunda Ukrayna ordusunun mövqelərinə hücum ediblər.

Məlumatda Popasnaya, Yunnokommunarovsk, Debaltsevo,Nikişino, Qorskoe, Olxovatka və Sanjarovka yaşayış məntəqələri səhər saat 6 radələrində artileriya qurğuları və minaatanlardan atəşə tutulub.

Təkcə Uqleqors 5 dəfə atəşə tutulub və bundan sonra Ukrayna ordusunun mövqelərinə tanklar və piyada qoşunlarının hücumu başlayıb.

Hazırda orda döyüşlər getdiyi bildirilir.

Həmçinin Luhanks vilayətindəki bir sıra məntəqələr atəşə tutulub.

XS
SM
MD
LG