Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:47

Yerevanda iş adamları etiraz aksiyasına çıxıb


Yerevanda nümayiş
Yerevanda nümayiş

Ermənistanın paytaxtı Yerevanda kiçik və orta biznesin nümayəndələri etiraz aksiyasına çıxıblar.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, istinadən verdiyi məlumata görə, əvvəlcə Nazirlər Kabinetinin qarşısına toplaşan aksiyacılar baş nazir Ovik Abramyanın onlarla görüşməsini tələb ediblər.

Amma bu baş tutmadığından aksiyaçılar prezident sarayının qarşısına toplaşıblar.

Aksiyaçılar dövriyyədən vergi tutulması ilə bağlı qanuna edilən düzəlişin ləğvini tələb ediblər

Bu qanun fevralın 1-dən qüvvəyə minib.

Aksiyaçılar bildiriblər ki, əgər tələbləri yerinə yetirilməsə fevralın 1-dən vergi ödəməyəcək və ümummilli tətil elan edəcəklər.

XS
SM
MD
LG