Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

10 min Ukrayna əsgəri mühasirəyə düşə bilər


Luqansk regionunda döyüşlər intensivləşib.

Luqansk regionunda döyüşlər intensivləşib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Andriy Lysenko bildirib ki, Debaltseve iki cinahdan sıxışdırılıb və Qrad raketlərinin intensiv atəşi altındadır.

Ukraynanın şərqindəki separatçılar bildiriblər ki, onlar strateji Debaltseve məntəqəsində Ukrayna qoşunları ətrafında yaranmış qövsü qapatmaqla 10 minlik hökumət qoşunlarını mühasirəyə almağa hazırlaşırlar.

Separatçıların hərbi komandanı bildirib ki, Debaltseve şəhərini hökumət qoşunlarının nəzarətində olan başqa ərazilərlə birləşdirən magistral şose yolu və mühüm yüksəkliklər onların əlinə keçib.

Ukrayna Müdafiə Nazirliyindən alınan məlumatlar da bu xəbərləri təsdiq edir.

Nazirliyin sözçüsü Andriy Lysenko bildirib ki, Debaltseve iki cinahdan sıxışdırılıb və Qrad raketlərinin intensiv atəşi altındadır.

Lakin bəzi Kiyev rəsmiləri separatçıların bəyanatlarının şişirtmə olduğunu iddia edirlər.

Debaltseve Kiyevi separatçı Donetsk və Luqansk şəhərləri ilə birləşdirən yolun qovşağında yerləşir.

Ağ Evin bəyanatlarında israr edilir ki, cəbhənin məhz bu məntəqəsində Rusiyanın nizami qoşunları döyüşürlər.

Minks razılaşması ölüb

Kiyev və Qərb bildirirlər ki, Debaltseve üzərinə hücum Minks razılaşmalarına əsasən elan edilmiş sentyabr atəşkəsinin pozulması deməkdir, lakin separatçılar indi bunu inkar etmirlər və onlar üçün bu atəşkəs razılaşmasının etibardan düşdüyünü söyləyirlər.

Separatçıların hərbi lideri Basurin deyib kİ, Minsk razılaşması artıq qüvvədə deyil.

Debaltseve üzərinə hücumdan əvvəl Rusiya tərəfindən dəstəklənən separatçılar dəniz limanı Mariupolu ağır artilleriya atəşinə tutmuşdular.

Bir sıra ekspertlərin proqnozuna görə Rusiya separatçılar tərəfindən Mariupolun tutulmasına nail olacaq və bununla da separatçı region ilhaq edilmiş Krımla birləşək.

Bundan sonra Rusiyanın “Malorossiya” adlandırdığı Ukrayna torpaqlarının de facto qopardılması prosesi başlanacaq.

Rusiya sanksiyalara “Qrad”larla cavab verir

Siyasi analitiklər deyirlər ki, Ukraynada separatçı hücumların genişmiqyaslı xarakter alması bir sıra siyasi proseslərlə eyni vaxta təsadüf edilib.

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti ilin sonunadək faktiki olaraq dayandırılıb. Avropa İttifaqının xarici işlər nazirləri Rusiya üzərinə qoyulmuş sanksiyaların müddətinin uzadılması məsələsini müzakirə edirlər və hazırda Moskvanın bu proseslərə cavab olaraq yalnız Ukraynadakı vəziyyəti ağırlaşdırmaq variantı qalır.

Avropa İttifaqı rəsmiləri bildirirlər ki, indi söhbət əslində yalnız mövcud sanksiyaların uzadılmasından yox, həm də yeni, daha ağır sanksiyaların qoyulmasından gedə bilər.

Polşanın xarici şlər naziri Grzegorz Schetyna deyib ki, “Rusiya nəticə çıxarmalıdır və başa düşməlidir ki, o dünyanın həmrəy mövqeyi ilə üzbəüzdür”.

Rusiya Avropanın həmrəyliyini Yunanıstanla qırmaq istəyir

Lakin Rusiya yeni sanksiyaların əngəllənə biləcəyinə ümid edir, Aİ-nin yanvarın 28-də keçirilən hazırlıq iclasında Yunanıstanın konsensusa mane ola biləcəyi üzə çıxıb.

Yunanıstanın yeni solçu baş naziri Alexis Tsipras bu həftə giley-güzar etmişdi ki, Aİ liderləri Rusiyaya qarşı “yeni məhdudlaşdırıcı tədbirlər”i elan edərkən Afina ilə məsləhətləşməyiblər.

Analitiklər isə bildirilər ki, solçu Suriza hökuməti Moskvaya olduqca rəğbətli mövqedədir.

Bu yazxınlarda mediaya sızmış məxfi emaillərdən aydın olub ki, partiya Rusiyanın anti-Qərb ideoloqlarından Aleksandr Dugin və oliqarx Konstantin Malofeyev-lə sıx əlaqələrə malikdir.

Təhlilçilər hətta solçuların seçki qələbəsində də Moskvanın geniş dəstəyini görürlər.

ABŞ Ukraynanı tək qoymur

Bu arada ABŞ vise-prezidenti Joe Biden bəyan edib ki, Rusiyaya qarşı son dərəcə sərt cərimələrin qoyulması vaxtı çatıb.

Ukraynanın maliyyə naziri Natalie Yaresko deyib ki, Birləşmiş Ştatlar Kiyevə 2 milyard dollarlıq kredit ayırıb və daha 1 milyard dolların ayrılmasına hazırlıq gedir.

Xanım Yaresko bu bəyanatı Kiyevdə ABŞ-ın maliyyə naziri Jack Lew ilə görüşdən sonra verib.

Cənab Lew Rusiyaya qarşı sanksiyaların “memarı” hesab edilir.

O deyib ki, kreditlər Ukraynanın çətin vaxtlardakı ictimai xərcləri üçün nəzərdə tutulub.

Başqa sözlərlə, burada söhbət Kiyevi maaşları və pensiyaları ödəmək iqtidarında saxlamaqdan gedir.

Ukrayna prezidenti Petro Poroshenko deyib ki, onun ölkəsi qarşıdan gələn iki ildə 15 milyard dollarlıq beynəlxalq yardım alacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG