Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:33

.

Tanınmış politoloq, son vaxtlar “Minval.az” saytının analitika bölməsinə rəhbərlik edən Zəfər Quliyev bu gün səhər saatlarında Tbilisidə vəfat edib.

62 yaşlı Z.Quliyev ürək çatışmazılığından əziyyət çəkib. Tbilisiyə müayinəyə gedən Z.Quliyevə həkimlər təcili əməliyyat olunmağı tövsiyə ediblər. Amma Z.Quliyev buna tərəddüd edib. Gecə saatlarında qaldığı oteldə halı qəfildən kəskin şəkildə pisləşib. Həkimlərini səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları Z.Quliyevin cənazəsini gətirmək üçün Tbilisiyə yola düşüblər.

*Zəfər Quliyev müxtəlif illərdə Azərbaycanın müxtəlif qurumlarında və KİV-də çalışıb. 10 ilə yaxın Turan-ın analitik qrupuna daxil olub. (Turan)

Günün bütün mövzuları

XS
SM
MD
LG