Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56

İsrail deyir ki, özünü Hizbullah-dan qoruyacaq


İsrailin Livanla sərhədində yanan maşınlar

İsrailin Livanla sərhədində yanan maşınlar

-

İsrail BMT-nin Təhlükəsizlik Şurasına bildirib ki, Hizbullah iki əsgərini öldürəndən sonra özünü qoruyacaq. İsrailin BMT-dəki səfiri Ron Prosor-un sözlərinə görə, "Hizbullah israilliləri hədəfə aldığı bir vaxtda" İsrail sakit durmayacaq. Səfir bunu Təhlükəsizlik Şurası və BMT-nin baş katibi Ban Ki-moon-a məktubunda yazıb.

Yanvarın 28-də səhər Hizbullah yaraqlıları Livanla sərhəddə İsrailin hərbi karvanına raket atıblar. İki israilli əsgər ölüb, yeddisi yaralanıb. İsrail bu hücuma hava zərbələri və artilleriya atəşilə cavab verib.

Dünənki insidentdə ispaniyalı BMT sülhməramlısı da həlak olub. İspaniya hadisənin tam araşdırılmasına çağırıb. İspanı öldürən atəşin "İsrail tərəfdən gəldiyi" bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG