Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Bill Gates: "Bircə dil bildiyim üçün özümü axmaq kimi hiss edirəm"


Bill Gates

Bill Gates

-

76 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamı olan amerikalı Bill Gates deyib ki, yalnız ingiliscə danışa bildiyi üçün özünü axmaq kimi hiss edir.

"Orta məktəbdə oxuyanda latın və yunan dillərini öyrənirdim, yüksək də qiymət alırdım. Bu mənim lüğət ehtiyatıma kömək edir, amma kaş ki, fransız, ərəb, yaxud Çin dilini biləydim" - deyə 59 yaşlı biznesmen-xeyriyyəçi etiraf edib.

Bill Gates deyib ki, "Facebook"un sahibi Mark Zuckerberg-in (o da dünyanın ən zəngin adamlarındandır) mandarin dilində danışa bilməsinə, hətta çinli tələbələrin suallarına onların öz dilində cavab verməsinə qibtə edir.

"Hələ də ümid edirəm ki, həmin dillərdən birini öyrənməyə vaxt tapa biləcəm. Güman ki fransız dilini. Çünki fransız dili onların arasında ən asanıdır" - deyə Bill Gates əlavə edib.

Nyu-York şəhərinin meri, milyarder Michael Bloomberg isə bir neçə ildir ispan dilini öyrənir.

72 yaşlı biznesmen dərslərinə indi də özünün "Bloomberg" şirkətinin baş ofisində davam edir.​

"Huffington Post"a istinadla OxuZalı

Zuckerberg Çin dilində danışır:

Günün bütün mövzuları

XS
SM
MD
LG