Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:20

Gorbachev ADR-in anneksiyası haqda bəyanatı "cəfəngiyyat" adlandırdı


Mikhail Gorbachev
Mikhail Gorbachev

SSRİ-nin son prezidenti Mikhail Gorbachev Almaniya Demokratik Respublikasının Almaniya Federativ Respublikası tərəfindən anneksiya edilməsi haqda bəyanatı "cəfəngiyyat" adlandırıb.

Rusiya Dumasının beynəlxalq münasibətlər komitəsində belə bir bəyanat hazırlanıb. Kommunist deputat Nikolay İvanovun təşəbbüsü ilə hazırlanan bəyanat Avropa Şurası Parlament Assambleyasının Rusiyanı Krımı ilhaq etməkdə suçladığı bəyanata cavabdır.

Gorbachev deyib ki, indiki hadisələrdən çıxış edərək 25 il əvvəlki olaylara qiymət vermək olmaz.

O bildirib ki, həmin vaxt iki Almaniya dövlətinin birləşməsi haqda referenduma ehtiyac yox idi. Çünki hər iki tərəfdə birlik şüarları ilə 100 minlik mitinqlər gedirdi.

XS
SM
MD
LG