Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:21

-

Rusiya bəyan edib ki, Şimali Koreyanın lideri Kim Jong-un İkinci Dünya Müharibəsinin qurtarmasının ildönümümünasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak üçün dəvəti qəbul edib.

Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, onun iştirak edəcəyi artıq təsdiq olunub və administrasiya cənab Kim-in qəbuluna hazırlaşır.

Kim Jong-un 2011-ci ildə hakimiyyətə gələndən bəri heç bir xarici ölkəyə səfər etməyib.

Lakin diplomatik dairələrdə belə şaiyələr də gəzişir ki, Moskvaya Şimali Koreya Ali Xalq Assambleyası Rəyasət Heyətinin sədri Kim Yong-nam da gələ bilər, beləki rəsmən dövlət başçısı o hesab edilir.

Sergey Lavrov da daxil olmaqla Rusiya rəsmiləri bəyanatlarında “cənab Kim”in adını çəkirlər.

Göründüyü kimi, Kim Yong-nam Kim Jong-un adaşıdır.

Kim Jong-un-un atası Kim Jong-il 2011-ci ildə son səfərini Rusiyaya etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG