Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

.

Yanvarın 28-də Nizami rayon Polis Bölməsində hücuma məruz qalması ilə bağlı hüquq müdafiəçisi Günay İsmayılovanın ərizəsi qəbul olunub. Bu haqda AzadlıqRadiosuna Günay İsmayılovanın özü məlumat verib. Hüquq müdafiəçisinin bildirdiyinə görə, bölmədə ondan izahat da alınıb:

“Hadisə baş verən gün DİN-in 102 xidmətinə zəng vurmuşdum. Bunun əsasında məni bölməyə çağırmışdılar. Ərizəmi yazdım, qəbul etdilər. Sonra izahat yazdım. Mənə bildirdilər ki, materiallar araşdırma üçün Nizami rayon prokurorluğuna göndəriləcək. Bu məsələ araşdırılmalıdır. Mənə olan hücum ya qorxutmaq, ya da hüquq müdafiə fəaliyyətimə mane olmaq üçün sağlamlığıma ziyan vurmaq məqsədi daşıyır”.

Günay İsmayılova yanvarın 26-da yaşadığı evin blokunda naməlum şəxsin hücumuna məruz qaldığını bildirmişdi. Bundan dərhal sonra o, DİN-in 102 xidmətinə hadisə ilə bağlı məlumat vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG