Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:56

BP Azərbaycanda 255 iş yerini ixtisar edir


BP neft şirkəti Azərbaycandakı 255 iş yerini ixtisar etdiyi barədə məlumat yayıb.

Xəbər verilir kli, bu, şirkətin Azərbaycandakı işçi qüvvəsinin 8 faizini təşkil edir.

Bundan bir qədər əvvəl neft qiymətlərinin enməsi ilə əlaqədar BP şirkəti özünün Aberdin şəhərindəki qərargahında yüzlərlə işçini ixtisara salmışdı.

Britaniya mətbuatı yazır ki, BP şirkətinin öz proqnozlarına görə hələ qarşıdan gələn bir neçə il müddətində neftin bir barrelinin qiyməti 50 dollar civarında qalacaq.

Şirkət ötən ilin dekabrında elan etmişdi ki, qlobal miqyasda həyata keçirdiyi iş yeri ixtisarlarına 1 milyard dollar xərcləməyi planlaşdırır.

BP şirkətinin Azərbaycan ofisindən verilən məlumata görə ölkədə ixtisar olunan işçilərdən 105-i yerli, 150-i isə əcnəbilərdir.

2014-cü il yanvarın 1-ə olan məlumata görə BP-nin Azərbaycandakı 3254 işçisindən 2760-ı azərbaycanlılardır.

Bu ixtisarlarla yanaşı BP elan edib ki, Azərbaycanda həyata keçirilən layihələrdəki öhdəliklərinə sadiq qalır.

XS
SM
MD
LG