Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

İordaniya iraqlı qadını əsir düşən pilota dəyişmək istəyir


Maaz al-Kassasbeh və Sajida al-Rishawi

Maaz al-Kassasbeh və Sajida al-Rishawi

İordaniya ölüm hökmünə məhkum etdiyi İraq vətəndaşı olan qadın Sajida al-Rishawini İslam Dövləti yaraqlılarının girov götürdüyü iordaniyalı pilot Muath al-Kasaesbehə dəyişməyə hazır olduğunu bəyan edib.

Bunu İordaniya hökumətinin sözçüsü Muhammad al-Momani yanvarın 28-də deyib.

Amma o islamçıların əlində olan Yaponiya vətəndaşı Kenji Goto barəsində bir söz deməyib.

İslamçıar bundan əvvəl bəyan ediblər ki,əgər Sajida al-Rishawini azad edilməsə o 24 saat ərzində öldürüləcək.

Onlar həmçinin iordaniyalı pilotun həyatına az qaldığını xəbərdarlıq ediblər.

Sajida al-Rishawin 2005-ci ildə Ammanda 60 nəfərin ölümünə səbəb olan terror aktında əli olmaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG